"Qara qızıl"dan sevindirən xəbər

28 Oktyabr, 2017 11:33 | İqtisadiyyat | Baxış sayı: 96
Neft
Neft

Neftin qiyməti 60 dolları ötdü

Dünya birjalarında neftin qiyməti 1 dollardan çox bahalaşıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,26 dollar bahalaşaraq 53,90 dollara çatıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,14 dollar artıb. Bu markadan olan neft indi 60,44 dollara satılır. 

Azərbaycanın neftində də bahalaşma qeyd ə alaınıb. "Azeri Light" markalı xam neftin 1 barelinin qiyməti 1,61 dollar qalxıb və  61,31 dollara çatıb.