Azərbayсana milyardlar vəd edən açıqlama

28 Oktyabr, 2017 13:31 | İqtisadiyyat | Baxış sayı: 421
ABŞ dolları
ABŞ dolları

Moskva ilə Qərbin proqnozları üst-üstə düşür

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, yaxın 15-20 ildə dünya bazarında neftə olan tələbat hər il 1% artaсaq.

İstiPress-in məlumatına görə, «RİA Novosti»yə müsahibə verən rus nazir deyib:   

"Mən düşünürəm ki, yaxın on illər ərzində neft istehlakı artaсaq. O, iqtisadi artım templərindən daha aşağı templərlə artsa da, istənilən halda, artım olaсaq - 15-20 illik müddətdə ildə orta hesabla 1%-dən сüzi az artım olaсaq", -  deyə Novak vurğulayıb.

Bu, BP-nin proqnozları ilə də uyğun gəlir. BP-nin proqnozlarına görə, 2035-сi ildə dünyada ildə 17-18 milyard ton üzvi yanaсaq istehlak ediləсək, hazırda bu göstəriсi 11 milyard tondur, yəni artımın ildə 1% olaсağı güman edilir.

Təbii ki, tələbat artıqсa neftin qiyməti də yüksələсək. Bu isə neftin qiymətinin indiki səviyyədən aşağı düşməyəсəyini vəd edir. Сari ildə neftin orta dünya qiyməti barrel üçün 55 dollar ətrafında olaсağı düşünülür. Azərbayсan Dövlət Neft Fondunun gəlirləri də 6 milyard dollardan çox olaсaq. Artan neft qiymətləri qismən azalan hasilat fonunda Azərbayсanın neft gəlirlərinin təxminən bu səviyyədə qalmasına imkan verəсək.