Gələn həftədən pensiyalar artır

28 Sentyabr, 2019 16:20 | İqtisadiyyat | Baxış sayı: 407
Pensiya
Pensiya

Əmək pensiyasının minimum məbləği 200 manat olacaq

Bir neçə gündən sonra prezident İlham Əliyevin avqust ayında imzaladığı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minəcək. Sərəncama əsasən əmək pensiyalarının minimum məbləği artırılacaq. 

Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.