Bu da "iPhone" növbəsi - 2 minə telefon, 6 minə növbə FOTOLAR

28 Sentyabr, 2018 12:57 | İqtisadiyyat | Baxış sayı: 145
Moskvada "iPhone" növbəsi
Moskvada "iPhone" növbəsi

Oğruların qurbanı olan ilk müştəri "Apple" mağazasından əliboş çıxmalı oldu

Azərbaycanın şimal qonşusu Rusiyada "Apple"nin ən son modellərinin qalmaqallı satışı bu gündən başlayıb. Yeni smartfonu əldə etmək istəyənlər hələ ayın 23-dən mağazaların qabağında növbə tutmağa başlamışdılar. Yüzlərlə insan satış məntəqələrinin qarşısında çadır quraraq qalıb.

Lakin onların heç də hamısı yeni iPhone XS, iPhone XS Max və iPhone XR modellərini alacaq qədər vəsaitə sahib olmayıb. İş ondadır ki, bəziləri növbədən belə pul qazanmaq istəyiblər. 

Rusiya mətbuatının məlumatına görə, "iPhone" üçün növbə telefonun öz qiymətindən də baha olub. Smatrfonun qiyməti 300 min (təqribən 2500 dollar), sırada yer isə 450 min rubla (təqribən 6 min dollar) kimi qalxıb. 

Bəziləri mağazadan əldə etdikləri növbə talonlarını telefon həvəskarlarına sata bilsələr də, heç də hər kəsin bəxti gətirməyib. 

Maraqlısı odur ki, telefon üçün növbəyə dayanan ilk müştəri də əliboş qayıtmalı olub. Belə ki, növbədəki ilk 8 yerin sahibi satış başlayanda üzə çıxmayıb. Doqquzuncu adam isə növbə alverçilərindən 50 min rubla yer alıb. Lakin mağazaya daxil olanda telefon üçün saxladığı pulun oğurlandığını görüb. 

Ancaq siyahıdakı 10-cu alıcı "iPhone Хs Max"ı əldə edə bilib.