Yaponiyadan gəlib Azərbaycan kəndini sevindirdilər

28 Avqust, 2019 19:40 | İqtisadiyyat | Baxış sayı: 199

Qubanın dağlıq Talabı kəndinin sakinlərinə bu gün xoş hədiyyə edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Gənc mühasiblər" İctimai Birliyi Yaponiya səfirliyinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı çərçivəsində Talabı kəndndə yerli əhalinin içməli suya olan tələbatını ödəmək üçün həyata keçirilən layihə artıq yekunlaşıb. Layihəyə uyğun olaraq bu dağ kəndində  1 ədəd 200 metr dərinliyində artezian su quyusu qazılıb, 2ədəd 24 tonluqsu çənləri quraşdırılıb.

Bundan başqa kəndin girəcəyində 5 çıxışı olan su bulağı inşa edilib və bu layihədən Xaroşo və Töhmər kənd sakinlərinin faydalanması da nəzərdə tutulub.

Bu gün Talabı kəndində yeni su layihəsinin açılış mərasimi baş tutub. Mərasimdə Qubanın icra başçısı Ziyəddin Əliyev çıxış edərək yeni  mühüm layihə münasibətilə talabılıları təbrik edib, onlara su qədər ömür arzulayıb.

Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori də içməli su problemi həll edilən kəndin sakinlərinə öz təbrikini çatdırıb.