"Harvi" nefti də vurdu - FOTO

28 Avqust, 2017 09:47 | İqtisadiyyat | Baxış sayı: 100
"Harvi" qasırğasının fəsadı
"Harvi" qasırğasının fəsadı

Hasilat 22 faiz azalıb

ABŞ-ı cənginə alan "Harvi" qasırğası ölkənin neft sənayesinə də mənfi təsir edib. İstiPress-in məlumatına görə, Meksika körpəsində neft hasilatı 22 faiz azalıb. Sutkalıq hasilat qasırğadan sonra 378,6 min barrel düşüb. Normal rejimdə bu rəqəm 1,75 milyon barreldir.

Təbii fəlakət qaz hasilatına da təsirsiz ötüşməyib - azalma 26 faiz və ya 23,4 milyon kubmetrdir. 

Məlumata görə, sinoptiklərin qasırğa xəbərdarlığından sonra Texas sahillərindəki neft platformalarında çalışan işçilərin yarısı evakuasiya edilmişdi. Meksika körfəzindəki neft emalı müəssisələri fəaliyyətini dayandırıb. 

CNBC telekanalının öz mənbələrinə istinadla verdiyi məlumata görə, işlərdə fasilə 2 həftəyə yaxın davam edə bilər. 

"Hаrvi" ABŞ-da son 12 ildə baş verən ən güclü qasırğadır. Son dəfə belə dağıdıcı qasırğa ("Katrina") 2005-ci ildə olub. Fəlakət Yeni Orlean və Luziana şəhərlərinin sel altında qalmasına səbəb olmuşdu. 

Bu dəfə ən çox ziyan Hyustona dəyib. Texas ştatının ən böyük şəhəri demək olar ki, su altında qalıb. 

59a1b82b370f2cbd1a8b4567
59a1b82b370f2cbd1a8b4567