Neft bahalaşmaqda davam edib

28 İyun, 2019 10:23 | İqtisadiyyat | Baxış sayı: 54
Neft terminalı
Neft terminalı

Dünəni birjalar bahalaşma ilə başa vurub

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyunun 27-də avqust fyuçerslərinə görə, 66,54 dollar/barel olub, bu da əvvəlki göstəricidən $0,05 (0,08%)  çoxdur.

İstiPress-in məlumatına görə, həmin gün WTI neftinin avqust fyuçersləri  $0,12 (0,2%) bahalaşaraq  59,5 dollar/bareldən satılıb.