Xarici işlər nazirləri İstanbulda toplaşır

28 İyun, 2017 11:53 | İqtisadiyyat | Baxış sayı: 52
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Qara Dəniz İqtisadi Əməkdaşlıq

QDİƏT XİN rəhbərlərinin iclası keçiriləcək

Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv-ölkələrinin XİN rəhbərlərinin iclası keçiriləcək.

İstiPress-in Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, iclas iyunun 29-u baş tutacaq.

QDİƏT XİN rəhbərlərinin 39-cu iclasında regiondakı son hadisələr müzakirə olunacaq, eləcə də iclas iştirakçıları bir sıra aktual məsələlər barəsində fikir mübadiləsi aparacaq.