Neft 75 dollara düşdü

28 May, 2018 13:33 | İqtisadiyyat | Baxış sayı: 42
Neftçi
Neftçi

Ötın həftə davam edən bahalaşmadan sonra dünya bazarında neftin qiyməti aşağı düşüb. London birjasında “Brent” markalı xam neftin qiyməti 1,29 dollar uculaşaraq 75,15 dollara enib. 

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı neft 66,22 dolara təklif edilir.

Xatırladaq ki, "qara qızıl"ın qiyməti 81 dollara kimi yüksəlmişdi. Bu dəfəki ucuzlaşma OPEC+ razılığının şərtlərinin yumşaldılması ehtimalı və ABŞ-da neft ehtiyatının artması fonundadır.