Azərbaycandan tibbi maskanın çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı

28 Aprel, 2020 11:22 | İqtisadiyyat | Baxış sayı: 164
Nazirlər Kabineti
Nazirlər Kabineti

Baş Nazir Əli Əsədov qərar imzalayıb

Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

İstiPress-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.