Prezidentlər nə qədər maaş alır? - SİYAHI

28 Aprel, 2017 17:13 | İqtisadiyyat | Baxış sayı: 15340
Dövlət və hökümət başçıları
Dövlət və hökümət başçıları

Bu dəfə dövlət başçılarının pullarını sayacağıq

Dünyada ən çox aylıq maaş alan liderlərin adları açıqlanıb.

İstiPress “baku.ws”ə istinadən xəbər verir ki, siyahıda dünyanın müxtəlif ölkələrindən bir sıra prezident və baş nazirin adı var. Onlardan bəzilərinin əmək haqqının manatla ekvivalentini sizin diqqətinizə çatdırırıq.

İsveçrə prezidenti Yohan Şneider-Amman - 66 min manat

ABŞ prezidenti Donald Tramp - 57 min manat

Yeni Zelandiya baş naziri Con Key - 46 min manat

Lüksemburq baş naziri Xavier Bettel - 44 min manat

İrlandiya prezidenti Miçel D. Hiqqins - 39 min manat

Fransa prezidenti Fransua Olland - 36 min manat

Kanadanın baş naziri Castin Trudeau - 36 min

Almaniya baş naziri Angela Merkel - 35 min manat

Cənubi Afrika dövlət başçısı Yakob Zuma – 31 min 500 manat

Yaponiya baş naziri Şinzo Abe - 29 min manat

Cənubi Koreya prezidenti Li Myonq-bak – 23 min manat

Rusiya dövlət başçısı Vladimir Putin - 22 min manat

Rusiyanın baş naziri Dmitri Medvedev - 22 min manat

Sinqapur baş naziri Li Hsien Loonq - 22 min manat

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - 17 min manat

Azərbaycan prezidenti İlham Əliyev – 15 min manat Qeyd edək ki, İlham Əliyev 8 ildir eyni məbləğdə maaş alır. Azərbaycan prezidenti öz maaşının artırılmasını 2005-ci ildə dayandırıb. Onun təşəbbüsü ilə Azərbaycan prezidentinin “minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.

Belarus lideri Aleksandr Lukaşenkonun aylıq maaşı 4767 manatdır.