Çin və İtaliya rəhbərlərindən Əliyevin yeni layihəsini dəstək

28 Mart, 2019 10:21 | İqtisadiyyat | Baxış sayı: 145
Si Cinpin və Cuzeppe Konte
Si Cinpin və Cuzeppe Konte

Azərbaycan üçün sensasiyalı saziş

Çin Xalq Respublikasının sədri Si Cinpinin İtaliyaya rəsmi səfəri Azərbaycan üçün sensasiyalı hadisə ilə yadda qaldı. Si Cinpin və İtaliyanın baş naziri Cuzeppe Konte arasında hökumətlərarası sazişlərin imzalanması mərasimində ikitərəfli sənədlər paketi imzalandı. İmzalanmış sənədlərin arasında biri də var ki, onu Azərbaycan üçün həqiqətən sensasiyalı adlandırmaq olar, çünki o, yeni "əsrin müqaviləsi"nin bünövrəsi olacaq, amma qeyri-neft sektorunda.

Söhbət Daşkəsən Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yenidən qurulmasından və Gəncə şəhərində 1,17 milyard dollar dəyərində yeni bir metallurgiya zavodunun tikintisindən gedir. Ölkənin qeyri-neft sektoru indiyədək belə investisiyaları görməyib və nəzərdə tutulan işin miqyası Azərbaycanın metallurgiya sənayesində yeni inqilabın başlanğıcı barədə danışmağa imkan verir. Saziş Çin şirkəti CAMC Engineering Co Ltd. və İtalyanın Danieli & C. Officine Meccaniche S.p.A şirkətinin rəhbərləri Luo Yan və Janpietro Venedetti tərəfindən imzalanıb.

Ölkənin metallurgiya sferasının ikinci həyatına nəfəs vermək barədə qərar çoxdan verilib və onun inkişafının konkret planları dövlət başçısı tərəfindən təsdiq edilmiş ölkə iqtisadiyyatının inkişafının Strateji yol xəritələrində əks olunub.

Bu, yeni iş yerlərinin açılması və ölkənin ixrac potensialının genişləndirilməsi baxımından da çox vacib layihədir./haqqın.az/