Ermənistanda addımbaşı ölüm təhlükəsi

28 Mart, 2018 10:23 | İqtisadiyyat | Baxış sayı: 68
Market
Market

Bazarların 80 faizi saxta məhsullardır

Ermənistan bazarlarındakı məhsulların 80 faizi təhlükəlidir. Bu barədə mətbuat konfransında bazarlara nəzarət üzrə təftiş orqanının rəisi Levon Halikyan məlumat verib. Onun sözlərinə görə, aparılan monitorinqlərin nəticələri qorxuducudur.

Sxtakarlıq daha çox kosmemtika baxarında müşahidə edilir. Belə ki, monitorinq nəticəsində satışda olan parfümeriya və kosmetikanın 83 faizi saxta çıxıb. Onlar heç bir standarta cavab vermir. Eyni hal yanacaq bazarında da müşahidə edilir. Benzin, dizeldə bu rəqəm 70 faizə çatır. Ancaq tam rekord qazdoldurma məntəqələrindədir. Bunun üçün qazla işləyən maşınlar son zamanlar tez-tez partlayır. 

Qanunlar, standartların pozulmasına  ən çox rast gəlinən sahələrdən biri də uşaq oyuncaqları və məhsullarıdır. Pul xətrinə alverçilər uşaqları belə öldürməkdən çəkinmirlər. Onlar Ermənistana başdan ayağa zəhərli kimyəvi maddələrlə zəngin olan oyuncaqlar gətirməklə bunu edirlər.

Bütün bu rəqəmlər isə hakimiyyət kənarda dayanaraq baş verənləri ancaq izləməklə kifayətləndiyi müddətdə artacaq. Axı öz vətəndaşlarının qanı, canı bahasına olsa da onlar bu işdən çox pul qazanırlar.