Neft sürətlə düşür

28 Fevral, 2020 10:30 | İqtisadiyyat | Baxış sayı: 56
Neft buruğu
Neft buruğu

67 dollara kimi bahalaşan "Brent"in bareli indi 50 dollara təklif edilir

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,33 dollar geriləyərək 50,85 dollara kimi enib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,49 dollar ucuzlaşaraq 45,60 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti də düşüb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,73 dollar ucuzlaşaraq 53,67 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.