Kimlərin kredit borcu silinəcək?

28 Fevral, 2019 15:36 | İqtisadiyyat | Baxış sayı: 5208
Dollar
Dollar

Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir

Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı verdiyi fərman kimə şamil ediləcək. İstiPress-in məlumatına görə, iqtisadçı, espert Rövşən Ağayev də ölkə başçısının fərmandan danışıb. O, problemli kreditlərin həllilə bağlı qərardan görünən əsas məqamları açıqlayıb.

1) Güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub;

2) Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;

3) Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. 

4) Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.

5) Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir.

6) 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir;

7) 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən 
ödənilir.

8) Kompensasiya nəzərə alınmaqla yerdə qalan əsas borc üzrə vaxtı keçmiş borclar (ödəniş müddəti 360 günü ötmüş) üçün güzəştli borclulara kreditlərin ayrıması nəzərdə tutulur. il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xəttinin açılması nəzərdə tutulur. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.1%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur.

9) Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 4000 manata yaxın (hər dollar üçün 60 qəpik+25 qəpik) büdcə kompensasiyası ödənir.