Avro çökə bilər

28 Yanvar, 2017 19:05 | İqtisadiyyat | Baxış sayı: 179
Avro
Avro

Avrozonanın vahid valyutasının gələcəyi

Amerika Birləşmiş Ştatlarının Avropa Birliyi üzrə səfiri olacağı iddia olunan Teodor Ruzvelt Mallok avronun gələcəyi haqqında danışıb. İstiPress “BBC”ə istinadən xəbər verir ki, Teodor Ruzvelt müsahibəsində bildirib ki, avrozonanın vahid valyutasının bir il içərisində çökə biləcəyini deyib.

“Məncə avro təkcə çökməklə qalmayacaq, bu valyuta insanların ağlında həqiqi suallar buraxacaq. Avro qarşıdakı 1 – 1.5 il içərisində ölə bilərlər. Mən olsam avronu 2017 – ci il içərisində satardım” deyə Ted Mallok bildirib.

Ted Mallok İngiltərənin Avropa Birliyindən ayrılma müddətini rəsmi başlatmasının ardından 90 gün içərisində ABŞ ilə ticarət müqaviləsi imzalaya biləcəyini söyləyib.

Mallok İngiltərənin ABŞ – la ticarət müqaviləsi imzalanmasının Avropa Birliyi tərəfindən icazə verilməməsinin “axmaq” bir addım olduğunu bildirib.

Ted Mallokun yaxın zamanda Donald Tramp tərəfindən ABŞ – ın Avropa Birliyi üzrə səfiri olaraq təyin edilməsi gözlənilir.