Neftdə 2015-ci ildən sonra bir ilk

27 Dekabr, 2017 09:18 | İqtisadiyyat | Baxış sayı: 102
Neft
Neft

Rekord yenilənir

"Qara qızıl" 2015-ci ildəki rekordunu yeniləyir. İstiPress-in məlumatına görə, neftin qiyməti bahalaşmağa başlayıb. Son iki ildə ilk dəfə olaraq qiymət 67 dolları ötüb.

“Brent” markalı neftin qiyməti 2,64 faiz artaraq bir barel üçün 67,02 dollar təşkil edib.

Neftin qiyməti sonuncu dəfə 2015-ci il mayın 18-də bir barel üçün 67 dollardan yuxarı olub.

WTI markalı neftdə də bahalaşama qeydə alınıb -  1,4% və  59,5 dollar.