Savaş qızışa bilər

27 Noyabr, 2018 10:58 | İqtisadiyyat | Baxış sayı: 84
ABŞ-Çin
ABŞ-Çin

ABŞ Çini yenə təhdid etdi

ABŞ ilə Çin arasında ticarət savaşı daha da şiddətlənə bilər. İstiPress-in məlumatına görə, Donald Tramp Çinin 200 milyard dollar dəyərindəki məhsullarına vergini 10 faizdən 25 faizədək artırmamaq təklifinə müsbət cavab vermək niyyətinin olmadığını bildirib.

Bundan başqa Tramp əgər Çinlə razılaşma olmazsa daha 267 milyard dollarlıq məhsula da gömrük rüsumunu artırıla biləcəyini istisna etməyib. Onun sözlərinə görə, söhbət 10 fazilik artımdan gedir. 

"Əgər biz razılaşma imzalamasaq mən yenidən vergi tədbiq etmək niyyətindəyəm. Bu ola bilər. Mən bunu 10 faiz edə bilərəm. İnsanlar bunun öhdəsindən asanlıqla gələ bilərlər".

Xatırladaq ki, iki ölkə arasında ticarət savaşının başlanğıcı Trampın mart ayında idxal edilən dəmir və alminiuma 10-25 faiz gömrük vergisi tədbiq etməsi qərarından sonra qızışıb. Çin bunun əvəzində Amerika mənşəli 128 məhsulun gömrük rüsumunu 15-25 faiz artırıb. 

Nəticədə hər iki ölkə bir-birinə qarşı bənzər addımlar atmağa davam edir.