Neftdən ziddiyyətli qiymət

27 Noyabr, 2018 11:40 | İqtisadiyyat | Baxış sayı: 87
Neft hasilatı
Neft hasilatı

"Brent" ucuzlaşır, "Azəri Light" isə...

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar geriləyərək 60,30 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 51,35 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,88 dollar artaraq 63,13 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.