750 min adamın pensiyası artır

27 Sentyabr, 2019 15:10 | İqtisadiyyat | Baxış sayı: 169
Pensiya
Pensiya

Artım oktyabrın 1-dən hesablanacaq

Oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verəck. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. 

Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib.

A.Kərimov qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.