Bakıdan Rusiyaya kimi yeni yol nə vaxt hazır olar?

27 Sentyabr, 2018 12:55 | İqtisadiyyat | Baxış sayı: 94
Yol tikintisi
Yol tikintisi

İqtisadiyyat naziri magistralın açılma vaxtını elan edib

Bakıdan Rusiyaya kimi yeni avtomagistral 2020-ci ilə kimi inşa ediləcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Nazir Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə çıxış edib. 

Onun sözlərinə görə, bu yol "Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq.

Ş.Musyafayev qeyd edib ki, Samur çayı üzərindəki yeni körpü layihənin reallaşdırılması ilə bağlı hazırda aktiv iş gedir: “Müvafiq infrastruktur hazırlanır. Körpü bir ilə hazır olacaq”.