Qızılın qiyməti tarixi rekord səviyyəsinə qalxdı

27 İyul, 2020 16:34 | İqtisadiyyat | Baxış sayı: 66
Qızıl külçə
Qızıl külçə

Nyu-Yorkun “Comex” birjasında qızılın qiyməti 2011-ci ilin sentyabrında qeydə alınmış bir unsiya üçün 1911,6 dollarlıq tarixi göstəricini yeniləyib.

İstiPress-in məlumatına görə, Birjada Bakı vaxtı ilə 03:51-də qızılın avqust fyuçersi bir unsiya üçün 1911,7 dollara qədər bahalaşıb. Yəni 99,9 əyyar qızılın qramı 61,47 dollar olub.

Ekspertlər qeyd edir ki, qızılın qiyməti, koronavirus pandemiyası fonunda artır: “İnvestorlar qızıla pul qoyurlar, çünki onlar onu təhlükəsiz aktiv hesab edirlər”.