Neft bahalaşır

27 İyun, 2018 10:40 | İqtisadiyyat | Baxış sayı: 46
Neft buruqları
Neft buruqları

"Qara qızıl"ımız 80 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar bahalaşaraq 76,25 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 76,49 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 70,69 dollar təşkil edib.