Ən gözəl rayonda göydələnlərin inşasına başlandı

27 İyun, 2018 18:52 | İqtisadiyyat | Baxış sayı: 422
Yeni evlər - ARXİV
Yeni evlər - ARXİV

Bu gün Quba şəhərində köhnə SMU-12 adlanan ərazidə - indi "Yeni Quba" adı verilən massivdə 3 ədəd 7 mərtəbəli çoxmənzilli yaşayış massivinin təməlqoyma mərasimi baş tutub.

İstiPress-in şimal bürosunun məlumatına görə, mərasimdə Quba icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və müavinləri, tikinti aparacaq şirkətin nümayəndələri iştirak edib.

Verilən məlumata görə, yeni binaların 1-ci mərtəbəsində mağaza, iaşə obyektləri və s. olacaq. Yeni 7 mərtəbəli binaların mansard tipli inşa edilməsi nəzərdə tutulub.

Ziyəddin Əliyev inşaatçılara yeni massivdə keyfiyyətli və orijinal iş görməyi tövsiyə edib. İcra başçsı bildirib ki, yeni tipli yaşayış binalarının inşası Qubada aparılan davamlı yenidənqurma işlərinin davamıdır və bu məşhur məkanın turizm rayonu  kimi daha da inkişaf etməsində belə layihələrin icrası çox məqsədəuyğun addımdır.

Mərasimin sonunda təməlqurma yerində qurban kəsilib və kəsilən qurbanlıq ət Zərdabi qəsəbəsindəki valideyn himayəsindən məhrum uşaqların oxuduğu internat məktəbə verilib.