Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa başladı

27 Aprel, 2020 12:28 | İqtisadiyyat | Baxış sayı: 68
Neft tankeri
Neft tankeri

OPEC+ razılaşmasını vaxtından əvvəl icra etməyə başlayıb

Səudiyyə Ərəbistanı mayın 1-ni gözləmədən ötən həftədən neft hasilatını azaltmağa başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, "Saudi Aramco" OPEC + ölkələrinin mayın 1-dən hasilatı azaltmaq barədə birgə razılığına uyğun olaraq vaxtından əvvəl razılaşmanı icra etməyə başlayıb. Beləliklə, "Saudi Aramco" hasilatı gündə təqribən 12 milyon bareldən 8.5 milyona qədər azaldır.

Küveyt, Əlcəzair, Nigeriya da daha əvvəl OPEC + sazişini erkən həyata keçirmək niyyətində olduqlarını bildirmişdilər.

Qeyd edək ki, OPEC + çərçivəsində ümumi azalma 9,7 milyon barel olmalıdır.