Neftin qiyməti 40 dollara qalxacaq - OPEK

27 Aprel, 2020 14:59 | İqtisadiyyat | Baxış sayı: 110
Neft
Neft

May-iyun ayları üçün OPEK++ sazişləri barədə proqnoz

OPEK 2020-ci ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin 40 dollara qədər qalxacağını proqnozlaşdırıb.

İstiPress-in məlumatına görə, bu barədə Əlcəzair televiziyasına açıqlamasında Əlcəzairin Energetika naziri və OPEK konfransının Prezidenti Məhəmməd Akrab açıqlama verib. Onun sözlərinə görə, bir həftə öncəki enişlə müqayisədə neft bazarında müsbət tendensiya müşahidə olunur. 

Proqnozlara görə, may-iyun aylarında OPEK++ sazişlərinin icrası nəticəsində dünya üzrə  neft qiymətləri orta hesabla 35 dollar səviyyəsində qərarlaşacaq. 

Məhəmmdə Akrab, həmçinin qeyd edib ki, OPEC ++ qərarlarından əlavə, bəzi ölkələrdə, o cümlədən Çin və Avropada görülən tədbirlər sayəsində qiymətlərin bərpası daha da asanlaşacaq.

Qeyd edək ki, aprelin ortalarında OPEK+ ölkələri neft bazarındakı qeyri-sabitliyi aradan qaldırmaq üçün mayın 1-dən etibarən neft hasilatını azaltmaq barədə razılığa gəliblər.