Dörd banka müvəqqəti inzibatçı təyin edildi

27 Aprel, 2020 13:09 | İqtisadiyyat | Baxış sayı: 77
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub.

İstiPress bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.