Türkiyəli rəsmisi riski yüksək olan 12 ölkə olduğunud eyib
Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. Bu barədə məlumatı şirkətin İdarə Heyətinin sədri İlkər Aycı deyib.
Onun sözlərinə görə, koronavirusun yayılması təhlükəsinə görə, Cənubi Koreyanın paytaxtı Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb.
"Risk davam etdiyi üçün bəzi uçuşlarımızı məhdudlaşdırırıq. Önümüzdə 12 risk ölkəsi var. Onlarada diqqətlə yanaşacağıq".
THY rəsmisi Səudiyyə ərəbistanının qərarından sonra Ümrə uçuşlarının da dayandırıldığını deyib.