Bakıda işıqlar kəsildi

27 Fevral, 2020 16:09 | İqtisadiyyat | Baxış sayı: 233
Elektrik şəbəkəsi
Elektrik şəbəkəsi

Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir

Bir qədər əvvəl Bakının elektrik enerjisi təchizatı ilə bağlı problem yaranıb.

İstiPress-in məlumatına görə, “Azərişıq” ASC məsələyə aydınlıq gətirib.

Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.