"Azərenerji"dən "qəza" açıqlaması

27 Fevral, 2020 17:55 | İqtisadiyyat | Baxış sayı: 195
Elektrik enerjisi
Elektrik enerjisi

Yüksək gərginlikli xəttə qəza baş verib

Bu gün Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. 

İstiPress-in məlumatına görə, bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.