İran iyuna kimi Qəzvin-Rəşt dəmir yolunu işə salacaq

27 Fevral, 2018 10:24 | İqtisadiyyat | Baxış sayı: 87
Qəzvin - Rəşt dəmir yolu
Qəzvin - Rəşt dəmir yolu

İran ərazisində Qəzvin-Rəşt dəmir yolunun tikintisi may ayında başa çatacaq.

İstiPress-in məlumatına görə, bu barədə "Iran.ru" İranın Yol və Şəhərin İnkişafı Nazirliyinin nümayəndəsi Əli Əkbər Mardiyə istinadən məlumat verir.

«Qəzvin-Rəşt dəmir yolunun tikintisi üzrə işlərin 81%-i həyata keçirilib. Bütövlükdə yol İran təqvimi ilə növbəti - 1397-ci ilin (martın 21-də başlayacaq – İF-Az) ikinci ayı ərzində tikilib başa çatmalıdır», - deyə o bildirib.

Ə.Mardinin sözlərinə görə, bu günədək layihənin həyata keçirilməsinə 14,6 trln. rial (təxminən $325 mln.) yönəldilib. İşlərin başa çatması üçün isə daha $55,64 mln. lazım olacaq.*