Rusiyadan Paşinyana xəbərdarlıq

27 Yanvar, 2020 09:43 | İqtisadiyyat | Baxış sayı: 87
Təbii qaz
Təbii qaz

Ölkəyə satılan qazın qiyməti yenidən arta bilər

Ermənistan hakimiyyətinin bütün iddialarına baxmayaraq bu ölkəyə satılan Rusiya qazının qiyməti bahalaşacaq. Bu barədə erməni mətbuatı yazır.

Nəşrlərin məlumatına görə, baş nazirin müavini Mqer Qriqoryan ölkə rəhbərliyinin hazırki qaz tariflərini aprelin 1-dək qoruya biləcəklərini deyib. 

Erməni mətbuatı yazır ki, hələ ötən ildən aydın idi ki, yanacağın qiyməti bahalaşacaq. Buna baxmayaraq Baş nazir Nikol Paşinyan hökuməti Rusiya ilə tariflər barədə danışıqlar apara biləcəklərini dəfələrlə bəyan edirdi. Amma əbəs yerə. Qazın qiyməti artacaq və bir çox yerli şərhçilər belə hesab edir ki, bu Paşinyana özünəməxsus xəbərdarlıqdır ”özünü yaxşı apar”.