Noyabrdan sonra neftdə ilk antirekord

27 Yanvar, 2020 10:00 | İqtisadiyyat | Baxış sayı: 40
Neft
Neft

"Qara qızıl"ın qiyməti 60 dollardan aşağı düşdü

Dünya bazarlarında neftin qiyməti rekord həddə ucuzlaşıb. Son məlumata görə, noyabr ayından bu yana ilk dəfə olaraq "qara qızıl"ın qiyməti 60 dollarlıq həddən aşağı enib.

Bu ucuzlaşma isə Çində peyda olan koronovirusun yayılması ehtimalı fonunda baş verib. 

Birjalarda bu günə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 3,41 faiz düşüb. Bu markadan olan neft 58,62 dollara təklif edilir. WTI markalı neft isə 2,29% faiz dəyər itirib və 52,95 dollara satılır.