Xəbəri Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi yayıb
İranın cənubunda yerləşən Fars vilayətinin Xane Zenyan məntəqəsində 5,4 bal gücündə zəlzələ baş verib.
İstiPress-in məlumatına görə, bu xəbəri Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi yayıb.
Zəlzələ yerli vaxtla saat 16:58 dəqiqədə 7 km dərinlikdə qeyd alınıb.
İranın Təcili Yardım Təşkilatı hadisə yerinə iki araşdırma qrupunun ezam olunduğunu bildirib.