"Qara qızıl"ın qara günü

26 Dekabr, 2018 12:47 | İqtisadiyyat | Baxış sayı: 96
Neft
Neft

İki ay öncə 80 dollara qalxan neftin qiyməti kəskin düşdü

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 50,28 dollara kimi enib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar artaraq 42,66 dollar olub.

Milad tətili ərəfəsində dünya birjalarında neftin qiyməti son 18 ayın ən aşağı səviyyəsinə enib. “Qara qızıl”ın qiyməti qlobal iqtisadiyyatla bağlı narahatlıqlar, Vaşinqtondakı siyasi çəkişmələr, OPEC və OPEC+ ölkələrinin neft hasilatını daha da azaldıla biləcəyi ilə bağlı xəbərlər fonunda son 1,5 ilin minimumuna düşüb.

Oktyabr ayında son 4 ilin maksimumuna qalxan neftin qiyməti həmin dövrdən bu vaxtadək təxminən 44 faiz geriləyib.