Yaşayış minimumu artırıldı

26 Dekabr, 2017 18:30 | İqtisadiyyat | Baxış sayı: 235
Azərbaycan manatı
Azərbaycan manatı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanunu təsdiq edib.

İstiPress-in məlumatına görə, qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir.

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ilin yaşayış minimumu 155 manat təşkil edir.