İşğaldan azad olunan ərazilərdə qaz çəkilir

26 Oktyabr, 2020 17:50 | İqtisadiyyat | Baxış sayı: 67

Azərbaycan Ordusunun  işğaldan azad etdiyi aşayış məntəqələrində dərhal infrastruktur layihələrinə start verilib. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

İstiPress-in məlumatına görə, bu məqsədlə “Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

““Azəriqaz” İB işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır”, - deyə qurumun açıqlamasında vurğulanıb.