Son bir ayda qiymət 62 dolları keçib
"Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,54% artaraq 62 dollar/barel olub. Bu son bir ayda qeydə alınan rekord göstəricidir. Belə ki, sonuncu dəfə neftin qiyməti 25 sentyabr 2019-cu ildə bir barel üçün 62 dollardan yuxarı idi.
WTI markalı neft də artıb. Bu markadan olan "qara qızıl" 0,87% bahalaşıaraq 56,72 dollara çatıb.
Azərbaycan neftinin də qiyməti bahalaşır. Ötən gün “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,31 dollar artaraq 65,66 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.