Azərbaycanlı tərcüməçi səhv etdi, rubl bahalaşdı

26 Oktyabr, 2018 08:58 | İqtisadiyyat | Baxış sayı: 322
Rubl ucuzlaşır
Rubl ucuzlaşır

Səhv rublun məzənnəsinin kəskin artmasına səbəb oldu

Azərbaycan tərcüməçisinin səhvi rublun məzənnəsinin kəskin artmasına səbəb olub. “İnterfaks” xəbər verir ki, Azərbaycan tərcüməçisinin səhvi nəticəsində Rusiya rublunun məzənnəsi hərraclarda kəskin artıb. 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Bakıda brifinqdə çıxış edərkən o bildirmb ki, "ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə baxmır". Sonra aydın olub ki, ABŞ nümayəndəsi az qala bunun əksini deyibmiş, ancaq Azərbaycan dilinə tərcümədə sitat təhrif olunub.

"Biz hərəkətləri, hansılar ki, kimyəvi silahın tətbiqi haqqında qanunvericiliyə uyğun olaraq təşəbbüs etməyə məcbur edilə bilərik,  öyrənməyə davam edirik. Hal-hazırda qərar qəbul edilməyib", - “Bloomberg” onun əsl ifadəsini sitat gətirib.

Nəticədə rubl demək olar ki, 70 qəpik bahalaşıb, dolların məzənnəsi 65 rubl aşağı düşüb. "Əmanət bank"ın səhmləri 4%, VTB-nin aksiyaları isə 2% artıb.