Azərbaycan nefti 83 dolları keçdi

26 Sentyabr, 2018 11:44 | İqtisadiyyat | Baxış sayı: 30
Neft
Neft

"Brent" və “Light” isə günə ucuzlaşma ilə başladı

Dörd illik rekord bahalaşmadan sonra neftin qiymətində cüzi ucuzlaşma baş verib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar azalaraq 81,81 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 72,13 dollara enib. 

Adıçəkilən markalardan fərqli olaraq Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,35 dollar bahalaşaraq 83,56 dollar təşkil edib.