Dünyanın ən bahalı brendləri seçildi SİYAHI

26 Sentyabr, 2017 08:47 | İqtisadiyyat | Baxış sayı: 199
Dollar
Dollar

Siyahının liderinin dəyəri 184 milyard dollardır

Dünyanın ən bahalı brendlərinin adları açıqlanıb. İstiPress-in məlumatına görə, “Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini tərtib edib. "Apple" ardıcıl olaraq beşinci il birinciliyə sahib çıxıb. Şirkətin dəyəri 184 milyard dollardan çoxdur. 

İkinci yerdə dünyanın ən böyük axtarış sistemi olan "Google"dir. "Interbrand"ın hesablamalarına görə, adıçəkilən şirkətin dəyəri 142 milyard dollar civarındadır. İlk üçlüyü 80 milyardla "Microsoft" bağlayır. 

İlk beşlikdə isə "Coca-Cola (69,73) və "Amazon" (64,8) da yer alıb.

Hesablamalar zamanı şirkətin öz biznesini ən azı  3 materikdə inkişaf etdirməsi, gəlirin ən azı 1/3-nin öz vətənindən kənardan daxil olması nəzərə alınır.

Hesablamalara görə, "Facebook" və "Amazon" brendləri 48 və 29% bahalaşıblar. 48,1 milyardlıq dəyəri olan dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" 8-ci yeri tutub. 

Kapitallaşmanın aşağı enməsi üzrə lider isə İT şirkəti olan "Hewlett Packard Enterprise" olub. Şirkət bir ilə 19% ucuzlaşıb. Dəyər itirən brendlər arasında həmçinin "Prada" (14%, 4,7 milyarda kimi), "Canon" (12%), IBM (10%) də var. 

Siyahıda 3 yeni brend də var -  "Netflix ($5,59 milyardla 78-ci), "Salesforce" (5,2 milyardla 84-cü) və "Ferrari" (4,87 milyardla 88-ci).

"Interbrand" "dünyanın ən bahalı brendi" siyahısını 1988-ci ildən tərtib edir. Bu zaman bir neçə faktor nəzərə alınır. Məsələn, brendin xidmət səviyyəsi,məhsulun satışı nəticəsi, alıcının qərar verməsində brendin oynadığı rol və s.