Dünyanın ən bahalı 15 maşını SİYAHI

26 Sentyabr, 2017 11:52 | İqtisadiyyat | Baxış sayı: 255
"Toyota"
"Toyota"

Siyahıya yapon şirkəti başçılıq edir

Dünyanın ən bahalı maşın markasının adı bəlli olub. Bu ada "Toyota" layiq görülüb. İstiPress-in məlumatına görə, "Best Global Brands 2017" siyahısında yer alan "Toyota" həm də dünyanın ən bahalı brendlərindəndir. .

"Interbrand"ın hazırladığı reytinq siyahısına görə, Yaponiya şirkəti "dünyanın ən bahalı brendləri" sıralamasında 7-cidir. Onun dəyəri 53 milyard dollardan çoxdur. 

Ümumiyyətlə ən bahalı bredlərin top-100-də 15 avto konsernin adı var. Bu isə ötən ilkindən 1 ədəd çoxdur ("Ferrari" yeni daxil olub siyahıya). Maşın brendlərinin siyahısı aşağıdakı kimidir:

"Toyota" (7-ci yer),

"Mercedes-Benz" (9),

BMW (13),

"Honda" (20),

"Ford" (33),

"Hyundai" (35),

"Audi" (38),

"Nissan" (39),

"Volkswagen" (40),

"Porsche" (48),

"Kia" (69),

"Land Rover" (73),

"Mini" (87),

"Ferrari" (88), 

"Tesla" (98).