Azərbaycana on milyardlarla gəlir gətirəcək layihələr

26 Sentyabr, 2017 16:54 | İqtisadiyyat | Baxış sayı: 191
SOCAR-ın neft buruqları
SOCAR-ın neft buruqları

SOCAR prezidenti Rövnəq Abdullayev açıqlama verdi

"Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək", - deyə o vurğulayıb.