"Facebook"dan “Twitter”ə şikayət etdilər

26 Avqust, 2017 18:08 | İqtisadiyyat | Baxış sayı: 87
“Facebook” sosial şəbəkəsi
“Facebook” sosial şəbəkəsi

Dünyanın müxtəlif ölkələrindən minlərə insan problem yaşayıb

"Facebook" və  "Instagram" sosial şəbəkələrinin fəaliyyətində problem yaranıb.

İstiPress-in məlumatına görə, dünyanın müxtəlif ölkələrindən minlərə insan “Twitter”ə şikayət edərək bildirib ki, sosial şəbəkələrə daxil ola, məlumat göndərə və postlar yükləyə bilmir.

Sosial şəbəkələrdə problemin bu gün günün ikinci yarısında yarandığı bildirilir.

Problemin nədən qaynaqlandığı hələlik məlum deyil.