Neftin qiyməti daha bir psixoloji həddi keçdi

26 İyun, 2019 11:16 | İqtisadiyyat | Baxış sayı: 95
Neftçi
Neftçi

"Brent" markalı neft 2%-ə qədər bahalaşıb

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

İstiPress-in məlumatına görə, bu gün “Brent” neftinin qiyməti 66 dolları keçib.  

Belə ki, Bakı vaxtı ilə saat 08:25-də "Brent" markalı neftin qiyməti London birjasında 1,87% artaraq 66,1 dollar/barel səviyyəsində satılıb.

Brent nefti 30 may 2019-cu ildən bu yana ilk dəfədir ki, 66 dollardan baha olub.