Neftin qiyməti artır

26 İyun, 2017 15:01 | İqtisadiyyat | Baxış sayı: 93
Neft
Neft

Qara qızıl bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

İstiPress xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,52 dollar bahalaşaraq 43,53 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri də 0,57 dollar artaraq 46,11 dollar olub.