Rusiyadan Polşa ərazisi ilə Avropaya qaz nəqli dayandılıb

26 May, 2020 14:54 | İqtisadiyyat | Baxış sayı: 33
Təbii qaz
Təbii qaz

Razılaşmanın müddəti mayın 17-də başa çatıb

Rusiyadan Belarus və Polşa ərazisi ilə təbii qazı Almaniyaya çatdıracaq “Yamal-Avropa” boru kəməri ilə qazın tranziti sıfıra endirilib.

IstiPress TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın qaz kəmərləri operatorları bildirib. 

Məlumata görə, daha əvvəl keçirilmiş hərracdan sonra boru kəmərinin Polşa hissəsinin 3,7%-i doldurulub.

Xatırladaq ki, Rusiya ilə Polşa arasında qazın Qərbə nəqlinə dair razılaşmanın müddəti mayın 17-də başa çatıb. Həmin gündən tədarüklər hərraclar vasitəsilə həyata keçirilir.