Manatı təhlükə gözləyir?

26 Aprel, 2019 12:10 | İqtisadiyyat | Baxış sayı: 191
Azərbaycan manatı- dollar məzənnəsi
Azərbaycan manatı- dollar məzənnəsi

Ölkənin baş bankiri milli valyutamızın taleyindən danışdı

Bu ilin sonuna kimi manatı təhlükə gözləmir. Bunu Mərkəzi Bankın 9AMB) rəhbəri Elman Rüstəmov bildirib. 

O, qeyd edib ki, Azərbaycanın valyuta bazarı stabildir. Manatın məzənnəsi dayanıqlıdır. "Manatın sabitliyinə hər hansı bir təhdid yoxdur. Valyuta bazarında tələb və təklif bərabərdir. Belə olan şəraitdə və neftin əlverişli qiyməti manatın gələcəyinə ilin sonuna qədər nikbin baxmağa imkan verir”.

Baş bankirin sözlərinə görə, AMB bu ilin əvvəlindən indiyə qədər 30 valyuta hərracı keçirib. Azərbaycan Dövlət Neft Fondu bu hərraclara 1,9 milyard ABŞ dolları məbləğində vəsait çıxarıb. Tələb təklifdən cəmi 100 milyon dollar çox olub.