Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollar artıb

26 Aprel, 2019 17:15 | İqtisadiyyat | Baxış sayı: 75
Dollar
Dollar

Birinci rübdə artım 4,3% təşkil edib

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 46 051,9 milyon ABŞ dolları təşkil edib.

İstiPress-in məlumatına görə, bunun 87,45%-i və yaxud 40 273,3 milyon dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,55%-i və yaxud 5 778,6 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 911 milyon dollar və yaxud 4,3% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1758,1 milyon dollar və yaxud 4,6%, AMB-nin valyuta ehtiyatlarında isə 152,9 milyon dollar və yaxud 2,7% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 912,2 milyon dollar və yaxud 6,75% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 2 641,6 milyon dollar və yaxud 7%, AMB-nin valyuta ehtiyatları isə 270,6 milyon dollar və yaxud 4,9% artıb.