Azərbaycanın bu rayonunda “Peugeot” istehsalına başlanılır

26 Aprel, 2019 17:34 | İqtisadiyyat | Baxış sayı: 259
Peugeot 207
Peugeot 207

Qiyməti təxminən 17500 manat civarında olacaq

"Neftçala Avtomobil Zavodunda “Peugeot” markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır”.

İstiPress-in məlumatına görə, bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, sözügedən maşının istehsalına təqribən 2 aydan sonra başlanılacaq: “Biz müəyyən məsələləri Fransa ilə razılaşdırırıq”.

Qeyd edək ki, bu, “Peugeot 207” modeli olacaq. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17500 manat civarında olacaq”.

Xatırladaq ki, "Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri fevral ayının sonundan daxili bazara çıxarılıb və qiyməti 17500 manatdır.